AUT.AZ

Onunla bağlı qərar verildi

Argentina Futbol Assosiasiyası millinin baş məşqçisi Lionel Skaloni barədə yekun qərara gəlib.

Aut.az xəbər verir ki, komandanı dünya çempionu edən 44 yaşlı mütəxəssisin postunda saxlanılması barədə razılıq əldə olunub. Bu barədə qurumun prezidenti Klaudio Tapia çalışdırıcı ilə söhbət etdiklərini bildirib.

Tapia yığmanı 2026-cı ildə keçiriləcək dünya çempionatına da Skaloninin aparmasını istədiklərini söyləyib.

Qeyd edək ki, Lionel Skaloni 2018-ci ildən Cənubi Amerika təmsilçisinə rəhbərlik edir.

Exit mobile version