AUT.AZ

“Mançester Yunayted”i aldatdı

“Liverpul” 23 yaşlı hücumçu Kodi Qakponun transferi üçün PSV ilə razılığa gəlib.

Aut.az xəbər verir ki, bu barədə Eyndhoven klubu məlumat yayıb. Niderland təmsilçisi tərəflərin razılığa gəldiyini açıqlayıb. Bildirilib ki, Qakpo tezliklə İngiltərəyə gedəcək və orada transfer başa çatana qədər lazımi rəsmiləşdirmələrdən keçəcək. Bu keçid “Liverpul”a bonuslarsız, təxminən 37 milyon sterlinqə başa gələcək.

Kodi ilə “Liverpul”la yanaşı, İngiltərənin digər nəhəng klubu “Mançester Yunayted” də maraqlanırdı. “Qırmızı şeytanlar” hələ bu ilin yayından futbolçunu heyətə qatmağa çalışsa da, istəyini reallaşdıra bilməyib. Vingerin, hətta yanvarda MY-ə keçəcəyi gözlənilsə də, futbolçu manevr edərək seçimini “Liverpul”dan yana edib.

Qeyd edək ki, Qakpo PSV-nin yetirməsidir və 2018-ci ildən əsas komandadadır.

Exit mobile version