AUT.AZ

Mahmud Qurbanovu o əvəz edəcək

“Səbail”in baş məşqçisi Mahmud Qurbanovun istefaya verdiyi barədə məlumat vermişdik. Artıq onu bu postda əvəzləyəcək baş məşqçinin adına aydınlıq gəlib.

Aut.az-ın əldə etdiyi məlumata görə, “Səbail” rəhbərliyi komandanı Azərbaycan futboluna tanış olan əcnəbi mütəxəssisə tapşıracaq. Söhbət 21 yaşadək futbolçulardan ibarət milli komandanın sabiq baş məşqçisi Milan Obradoviçdən gedir. Paytaxt təmsilçisi yaxın vaxtlarda 45 yaşlı məşqçinin təyinatını rəsmən açıqlayacaq.

Qeyd edək ki, Obradoviç 2019-cu ilin yanvarından 2022-ci ilin iyun ayınadək Azərbaycanın U-21 millisinə rəhbərlik edib. Onun çalışdığı dövrdə ümumilikdə 24 oyun keçirən komanda 17 görüşdə məğlub olub, 5 qələbə qazanıb, 2 dəfə isə heç-heçə edib.

Exit mobile version