AUT.AZ

Dopinqə görə neçə idmançı cəzalanıb?

“2022-ci il ərzində idmançılardan 1456 test götürülüb”.

Aut.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli məlumat verib.

O bildirib ki, bu testlərdən 770-i yarış müddətində, 686-sı isə yarışdan kənar götürülüb:

“İl ərzində 7 antidopinq qayda pozuntusu üzrə sanskiya qərarı qəbul edilib. Boksda 2, ağır atletikada 2, güləş, karate və kikboksinq idman növlərində 1 antidopinq qayda pozuntusu ilə bağlı sanksiya tətbiq edilib”.

Şəfəq Hüseynlinin sözlərinə görə, bəzi qurumlar onların fəaliyyətinə mane olur:

“Bəzi federasiyalar bizə vaxtında və düzgün məlumatlar, siyahılar vermir. Bu da bizim işimizi çətinləşdirir. Daim onlarla əlaqədəyik. Bəzən isə bizə tövsiyələr verirlər. Bu, qəbuledilməzdir. Yaxşı olar ki, agentliyimizə test aparmaq qaydası deyilməsin”.

Exit mobile version