AUT.AZ

Daeinin ailəsinə qadağa – Təyyarə endirildi

İran millisinin sabiq futbolçusu Əli Daeiyə qarşı təzyiqlər davam edir.

Aut.az xəbər verir ki, azərbaycan əsilli veteran hücumçudan sonra ailəsinə də ölkə xaricinə çıxmaq qadağası qoyulub. Buna səbəb onun 22 yaşlı Məhsa Əmininin polislər tərəfindən öldürülməsinə görə edilən kütləvi etirazları dəstəkləməsidir.

İran höküməti Əli Daenin qızı və həyat yoldaşının ölkə xaricinə çıxışına mane olmaq üçün onların olduğu, Dubaya uçan təyyarəni yola düşəndən 1 saat sonra dayandırıb. Təyyarə Tehrandan qalxdıqdan 1 saat sonra Kiş adasında yerə enib. Kütləvi etirazları dəstəklədiyinə görə restoranı və zərgərlik mağazası bağlanan Əli Daei hazırda qızı və həyat yoldaşının Tehrana qayıda bilməsi üçün çalışır.

Exit mobile version