AUT.AZ

“Neftçi”nin sabiq futbolçusu karyerasını başa vurdu

Azərbaycanda Bakı “İnter”i (indiki “Şamaxı”) və “Neftçi”də çıxış etmiş Georgi Navalovski karyerasını bitirib.

Aut.az xəbər verir ki, bu barədə gürcüstanlı müdafiəçi sosial şəbəkə hesabında paylaşım edib. Navalovski 36 yaşında karyerasını bitirib.

Gürcü futbolçu 2009/2010 mövsümünün ikinci yarısında “İnter”də icarə əsasında çıxış edib və bu komanda Azərbaycan Premyer Liqasının qalibi olub. O, 2016/2017 mövsümündə “Neftçi”də forma geyinib.

Exit mobile version