AUT.AZ

Yeni iş yeri tapdı – Azərbaycandan qovulan

Azərbaycanın U-19 yığmasının sabiq baş məşqçisi Miloş Velebit özünə yeni iş yeri tapıb.

Aut.az xəbər verir ki, serbiyalı mütəxəssis Asiyada çalışacaq.

Daha dəqiq desək, Velebit Tayland Futbol Federasiyası ilə anlaşıb.
Bu barədə Velebit saytımıza özü məlumat verib.

Miloş Taylandın U-18 yığmasını çalışdıracaq.

Xatırladaq ki, AFFA U-19 yığmamıza başçılıq etmiş serbiyalı ilə müqavilə müddətini artırmamışdı.

Exit mobile version