AUT.AZ

3 oyunu buraxacaq

PSJ-nin futbolçusu Lionel Messinin məşqlərə başlayacağı vaxt məlum olub.

Aut.az xəbər verir ki, argentinalı hücumçu 2023-cü ilin yanvarın 3-də komandaya qoşulacaq. Bu barədə “TyC Sport” məlumat yayıb.

Messi Liqa 1-də 3 oyunu buraxacaq. Argentina yığması ilə dünya çempionu olan və istirahət edən forvard dekabrın 28-də “Strasburq”, 2023-cü il yanvarın 1-də “Lans” və Fransa Kubokunda yanvarın 6-da “Şatoru” ilə görüşlərdə iştirak etməyəcək.

Exit mobile version