AUT.AZ

Yenidən satışa çıxarıldı – Bu dəfə daha ucuz qiymətə

İtaliyanın “İnter” klubu yenidən satışa çıxarılıb.

Aut.az xəbər verir ki, Çinin “Suning Group” korporasiyası 2016-cı ildə 270 milyon dollara aldığı Milan təmsilçisini satmaq qərarına gəlib. Buna klubun zərərləri və şirkətin işinin yaxşı getməməsi səbəb olub.

“İnter” rəhbərliyi artıq İtaliya təmsilçisinin satış qiymətini də açıqlayıb. Klub prezidenti Stiven Zenq 1,2 milyard dollarlıq təkliflə razılaşacağını deyib. O, satış üçün banklarla görüşdüyünü də bildirib.

Maraq üçün qeyd edək ki, sahibləri “İnter”ə əvvəlcə 4 milyard dollar qiymət qoymuşdu.

Qeyd edək ki, “Neradzurri” ötən mövsüm maliyyə “Fair Play” qaydalarını pozduğu üçün UEFA tərəfindən cəzalandırılıb. “İnter”in son maliyyə hesabatında 2021/2022 mövsümünü 140 milyon dollar zərərlə tamamladığı bildirilib.

Exit mobile version