AUT.AZ

UEFA Rusiyaya qarşı sanksiyaları ləğv edir?

UEFA ilə Rusiya Futbol İttifaqı (RFİ) arasındakı soyuq buzlar ərimək üzrədir.

Aut.az xəbər verir ki, qurum tərəfindən bu ölkənin futboluna sanksiyaların tətbiqindən sonra ilk dəfə bu münasibətdə irəliləyişə nail olunub. İlk addım Avropanın ali futbol qurumundan gəlib. Belə ki, UEFA, bayrağı altında keçirilən beynəlxalq yarışı Rusiyaya həvalə edib. Söhbət gənclərdən ibarət komandalar arasında keçirilən inkişaf turnirindən gedir. Volqoqradda baş tutacaq yarışın mayda təşkil edilməsi planlaşdırılır.

Qeyd edək ki, RFİ-UEFA münasibətləri ötən həftənin sonlarından etibarən pik həddinə çatıb. Sanksiyaların davam etməsindən bezən ruslar qurumdan çıxmaq istədiyini elan edib və qarşı tərəfi görüşə dəvət edib. RFİ UEFA-dan ayrılaraq Asiya Konfederasiyasına keçmək istəyir. Avropanın ali futbol qurumu Rusiya futbolunu itirmək istəməsə də, geri addım ata bilmir. Bu məsələdə qəribə görünən məqam isə FİFA-nın səssizliyi və Rusiyaya “yaşıl işıq” yandırmasıdır.

Exit mobile version