AUT.AZ

Türk yarımmüdafiəçi “Zenit”ə keçir?

Türk yarımmüdafiəçi Yusuf Yazıcının karyerasını Sankt-Peterburq “Zenit”ində davam etdirəcəyi barədə yayılan informasiyalar təsdiqini tapmayıb.

Aut.Az xəbər verir ki, “Sport24.ru” saytı Yazıcının agenti Adem Çebecinin dediklərini belə çatdırıb:

“Yusufun Rusiyanı sevdiyini əvvəl də demişəm. Orada keçirdiyi dönəmlə bağlı müsbət xatirələri var. Ancaq hazırda o, yalnız “Trabzonspor”un uğurları barədə düşünür. Hansısa keçid haqda yayda danışa bilərik. “Zenit”ə transferindən söhbət belə, gedə bilməz”.

Qeyd edək ki, 25 yaşlı Yazıcı “Trabzonspor”un yetirməsidir. 2019-cu ildə Fransanın “Lill” klubuna keçən və bu komanda ilə Liqa 1-in qalibi adını qazanan orta xətt oyunçusu 2021/2022 mövsümünün ikinci yarısında Moskva MOİK-inin uğurları üçün çalışıb. Müqavilə ilə “Lill”ə məxsus olan Yusuf Trabzon təmsilçisində icarə əsasında çıxış edir.

Exit mobile version