AUT.AZ

Ronaldo tək olmayacaq – Daha bir ulduz alırlar

Kriştiano Ronaldonu heyətinə qatmağa hazırlaşan “Əl-Nəsr” klubu daha bir ulduz futbolçunu hədəfə alıb.

Aut.az xəbər verir ki, söhbət “Çelsi”nin futbolçusu Nqolo Kantedən gedir. Bu barədə “Foot Mercato” məlumat yayıb. “Sarı-göylər” fransalı yarımmüdafiəçinin meneceri ilə artıq danışıqlara başlayıb. “Çelsi” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Kante karyerasını Avropada davam etdirmək istəyir. Bununla belə Səudiyyə Ərəbistanı təmsilçisinin təklifinə “yox” deməyə tələsmir.

Qeyd edək ki, “Əl-Nəsr”in “Mançester Yunayted”dən ayrılan Kriştiano Ronaldo ilə yaxın günlərdə müqavilə bağlaya bilər.

Exit mobile version