AUT.AZ

“Real”ın sabiq ulduzu Azərbaycanda hansı kluba gəlir?

Bir vaxtlar “Real” və PSJ kimi klubların formasını geyinən Xese Rodrigez karyerasını Azərbaycanda davam etdirə bilər.

Aut.az xəbər verir ki, hazırda Premyer Liqada mübarizə aparan klublardan biri 29 yaşlı vingerin xidmətində maraqlıdır. Bir müddətdir meneceri tərəfindən təklif edilən futbolçu ilə mümkün transfer barədə danışıqlar gedir.

Hazırda Türkiyə Superliqasında mübarizə “Ankaragücü”nün şərəfini qoruyan Xesenin hansı qərarı verəcəyi bilinmir.

Qeyd edək ki, ispaniyalı futbolçu karyerası ərzində “Real”la PSJ-dən savayı “Stok Siti”, “Sportinq” (Lissabon), “Real Betis” və “Las Palmas” kimi klubların da formasını geyinib. Rodrigez karyerası ərzində ümumilikdə 329 oyun keçirib. O, bu qarşılaşmalarda 78 qol vurub və 47 məlsuldar ötümə edib.

Exit mobile version