AUT.AZ

“Qarabağ”a təşəkkür etdi: “Bizi zülmdən qurtardılar”

İsveçrənin “Sürix” klubunun prezidenti Anciello Kanepa maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, cari mövsümdə komandasının Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməməsinə münasibət bildirərkən “Qarabağ”ın onları böyük zülmdən qurtardığını bildirib:

“Qarabağ”a məğlubiyyət bizi ciddi maliyyə gəlirindən məhrum etməklə yanaşı, böyük zülmdən də qurtardı. Azərbaycan çempionuna qarşı daha yaxşı çıxış etmək mümkün olardı. Əminəm ki, “Qarabağ”ı keçsəydik, pley-offda Çexiya klubu “Viktoriya”nı üstələmək şansımız çox olardı. Amma “Bayern”, “İnter” və “Barselona” ilə eyni qrupa düşmək ehtimalını görəndə göz yaşlarına qərq oluram”.

Qeyd edək ki, “Qarabağ” və “Sürix” komandaları bu mövsüm UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində üz-üzə gəliblər. Təmsilçimiz iki oyunun cəmində (2:3, 2:2) mərhələ adlayan tərəf olub.

“Sürix” Avropa Liqasının A qrupunda sonuncu yeri tutub və avrokuboklarla vidalaşıb. “Qarabağ” isə mübarizəni Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.

Exit mobile version