AUT.AZ

“Qarabağ” Avropada yenə də fərqlənir

Avropada milli çempionatların iştirakçıları arasında ən az qol buraxan komandaların siyahısı açıqlanıb.

Aut.az xəbər verir ki, siyahıda Azərbaycan çempionu “Qarabağ” da yer alıb.

Ağdam klubu sıralamada ilk “10-luğ”a düşüb. Qurban Qurbanovun çalışdırdığı koollektiv cari mövsümdə milli çempionatların geridə qalan hissəsində ən yaxşı müdafiə olunan 9-cu klubdur.

Siyahı komandaların orta hesabla neçə dəqiqədən bir top buraxmalarına əsasən hazırlanıb. Qurban Qurbanovun yetirmələri Premyer Liqanın ilk yarısında qapısında cəmi 8 qol görüb. Bu o deməkdir ki, ağdamlılar 202 dəqiqədən bir rəqiblərə qol sevinci yaşamaq imkanı verir.

Cədvələ 3 komanda başçılıq edir. İspaniya “Barselona”sı, həmçinin, Yunanıstan klubları “Panatinaikos”la AEK eyni göstəriciyə imza atıblar. Adıçəkilən komandaların hər biri ilk 14 matçda cəmi 5 dəfə mərkəzə dəvət olunublar.

  1. “Barselona” (İspaniya) – 14 oyuna 5 qol – 252 dəqiqədən bir 1 qol
  2. “Panatinaikos” (Yunanıstan) – 14 oyuna 5 qol – 252
  3. AEK (Yunanıstan) – 14 oyuna 5 qol – 252
  4. “Srvena Zvezda” (Serbiya) – 19 oyuna 7 qol – 244
  5. APOEL (Kipr) – 16 oyuna 6 qol – 240
  6. TNS (Uels) – 16 oyuna 6 qol – 240
  7. “Makkabi” (Təl-Əviv, İsrail) – 15 oyuna 6 qol – 225
  8. “Zenit” (Rusiya) – 17 oyuna 7 qol – 218
  9. “Qarabağ” (Azərbaycan) – 18 oyuna 8 qol – 202
  10. “Yuventus” (İtaliya) – 15 oyuna 7 qol – 193
Exit mobile version