“Qarabağ”ın futbolçusu Qara Qarayev “İnstaqram” hesabından azarkeşlərə səslənib.
Aut.az xəbər verir ki, “atlılar”ın 30 yaşlı yarımmüdafiəçisi 2022/23 mövsümünün ilk yarısını dəyərləndirib. O, növbəti ildə də uğurlar qazanacaqlarına inandığını qeyd edib:
“2022/2023 mövsümünün ilk yarısı başa çatdı. Bu il azarkeşlərimizin böyük dəstəyilə möhtəşəm illərdən birini yaşadıq. Hələ həyəcan davam edir. İnanıram ki, 2023-cü ildə də birlikdə uğurlar qazanacağıq. Dəstəyiniz üçün təşəkkürlər! Bu alqışlar sizədir!”
Qeyd edək ki, Qara Qarayev bu mövsümün ilk yarısında “Qarabağ” formasıyla ümumilikdə 25 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Heybət