AUT.AZ

“Qalatasaray” ulduz futbolçunu transfer edəcək

“Qalatasaray” hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisinin hədəfində olan hücumçu “İnter”də çıxış edən Edin Cekodur. “Sarı-qırmızılar” Milan təmsilçisi ilə mövsümün sonunda müqaviləsi başa çatan 36 yaşlı forvardı pulsuz heyətə cəlb etmək istəyir.

Bosniya və herseqovinalı futbolçu “İnter”in hazırkı maaşından daha aşağı məbləğ təklif etdiyi müqaviləni qəbul etmək niyyətində deyil.

Qeyd edək ki, Edin Ceko “İnter”ə 2021-ci ilin yayında “Roma”dan transfer olunub. Təcrübəli forvard cari mövsümdə komandanın heyətində meydana çıxdığı 21 matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version