AUT.AZ

Qadın idmançını araq içməyə məcbur ediblər

İsveçli qadın xokkeyçi Kim Martin Hasson maraqlı açıqlaması ilə gündəmə gəlib.

Aut.az xəbər verir ki, o, Rusiyada oynadığı dövrdən danışarkən maraqlı məqama toxunub. Qapıçı bildirib ki, 2011/12 mövsümündə Moskvanın “Tornado” klubunda çıxış edərkən bir neçə dəfə araq içməyə məcbur edilib:

“Rusiyada yaşamaq xüsusi təcrübə idi. Xokkey baxımından yaxşı bir il idi, lakin bir çox cəhətdən tamamilə yeni bir dünya idi. Bir dəfə zədələnəndə mənə iynə vurmaq istədilər. Şprisin içində nə olduğunu bilmədim və imtina etdim.

Klub müdiri ilə araq içməyə məcbur olduq. İçki çox idi və imtina etmək tərbiyəsizlik idi. Gah içdim, gah da hiss etmədən yerə tökürdüm. Biz qalib gələndə həmişə belə olub. Klub direktoru və ya sponsorların iştirakı ilə məclis təşkil edilirdi”.

Qeyd edək ki, 36 yaşlı Hasson İsveç milli komandası ilə 4 qış olimpiadasında iştirak edib. O, 2002-ci ildə bürünc, 2006-cı ildə isə gümüş medal qazanıb.

Exit mobile version