AUT.AZ

 “Kəpəz”dəki xaosdan bezib, getmək istəyir, amma…

“Kəpəz”in ətrafında aparılan çirkin intriqa klubun daxilində və ətrafında xoşagəlməz durum formalaşdırıb. Daxildəki gərginlik xaricə də yayılıb və artıq bir müddətdir ki, mətbuatda, sosial şəbəkələrdə müzakirə olunur.

Gəncə futbolunun “ümummilli bəlası” Mehman Allahverdiyev dini-imanı pul olan bir neçə yerli futbolçudan yararlanaraq Tərlan Əhmədova qarşı kampaniya aparır. Belə görünür ki, artıq Tərlan Əhmədov da bu intriqaların fonunda klubda idarəetmənin “ipini” əldən buraxıb.

Yerli futbolçuların iyrənc, qeyri-peşəkar, futbolçuya yaraşmayan hərəkət və davranışları əcnəbilərin də mövqeyinə təsir edib.

Artıq legionerlər Gəncə klubunda qalmaq istəmirlər. “Kəpəz”dəki mənbənin Aut.az-a verdiyi məlumata görə, konkret olaraq Ahmed Ayzaya komandadan ayrılmaq niyyətindədir. Nigeriyalı futbolçu qərarında qəti olduğu üçün klub rəhbərliyinə və baş məşqçi Tərlan Əhmədova qışda kom

andadan  getmək istədiyi ilə bağlı məlumat verib. Amma Tərlan Əhmədov futbolçuya bildirib ki, onun qalmasını istəyir. Ahmed isə bildirib ki, belə ab-havada futbola köklənə bilmir və bütün gücünü meydanda sərf etmək iqtidarında deyil.

Ciddi israrına baxmayaraq, Tərlan Əhmədov onu qışda buraxmayacağını bildirib. Qeyd edək ki, Ahmedin “Kəpəz”lə müqaviləsi mövsümün sonun da başa çatır. O, qışda da olmasa, mövsüm bitən kimi Gəncədən baş götürüb qaçacaq. Amma yaya qədər onun komandaya fayda verib-verməyəcəyi şübhə doğurur. Çünki futbolçu belə mühitdə özünün keyfiyyətini göstərmək iqtidarında olmayacaq.

Aldığımız məlumata görə, nigeriyalıya Azərbaycanın bir neçə klubu maraq göstərir.

Aut.az

 

 

Exit mobile version