AUT.AZ

İlin ən yaxşı döyüşü seçildi

UFC-də (Mütləq Döyüş Çempionatı) 2022-ci ilin ən yaxşı döyüşü məlum olub.

Aut.Az xəbər verir ki, çexiyalı İrji Proxazka ilə braziliyalı Qlover Teyşeyra arasında yüngül çəkidə çempionluq uğrunda döyüş 2022-ci ilin ən yaxşı döyüşü müəyyən edilib.

Qeyd edək ki, döyüş iyunun 12-də Sinqapurda UFC 275-də baş tutub. Beşinci raundun bitməsinə 28 saniyə qalmış Proxazkanın boğma fəndi ilə rəqibinə qalib gəlib.

Exit mobile version