“Mingəçevir”in baş məşqçi postundan ayrılan Azər Həşimov “Qəbələ” klubunda işə başlayıb.
Aut.az xəbər verir ki, Həşimov “Qəbələ”nin U-16 komandasında çalışacaq.
Lakin onunla rəsmi müqavilə bağlanmayıb. Belə ki, Həşimov AFFA-nın təşkil etdiyi məşqçilik kurslarına qatılıb və A kateqoriyasını almağa hazırlaşır. Bunun üçün isə mütləq şəkildə hansısa komandada məşqçi kimi işləməlisən. “Mingəçevir”in sabiq baş məşqçisi də bu üzdən “Qəbələ” rəhbərliyindən xahiş edib və onun xahişi yerə salınmayıb.