AUT.AZ

Həşimov “Qəbələ”də

“Mingəçevir”in baş məşqçi postundan ayrılan Azər Həşimov “Qəbələ” klubunda işə başlayıb.

Aut.az xəbər verir ki, Həşimov “Qəbələ”nin U-16 komandasında çalışacaq.

Lakin onunla rəsmi müqavilə bağlanmayıb. Belə ki, Həşimov AFFA-nın təşkil etdiyi məşqçilik kurslarına qatılıb və A kateqoriyasını almağa hazırlaşır. Bunun üçün isə mütləq şəkildə hansısa komandada məşqçi kimi işləməlisən. “Mingəçevir”in sabiq baş məşqçisi də bu üzdən “Qəbələ” rəhbərliyindən xahiş edib və onun xahişi yerə salınmayıb.

Exit mobile version