AUT.AZ

Baş katib seçildi

Azərbaycan Pankration, Qrappinq və MMA Federasiyasının hesabat konfransı keçirilib.

Aut.az xəbər verir ki, tədbir 2022-ci ilin yekunlarına həsr olunub.

Federasiya prezidenti Azad Əsgərov əldə olunan uğurlar barədə məlumat verdikdən sonra idarə heyəti və növləri üzrə vitse-prezidentlər müəyyənləşib. Rəmiş Malıyev baş katib, Hüseynəli Abbaslı qrapplinq üzrə 1-ci vitse-prezident seçilib. Kamil Qocayev qrapplinq, Çingiz Kişiyev MMA, Rəşad Seyfəddinov MMA və pankration üzrə vitse-prezident olub.

Tədbirdə 2022-ci ilin ən yaxşıları da mükafatlandırılıb. Ən yaxşı idmançılar, həmçinin “İlin məşqçisi”, “İlin klubu”, “İlin hakimi” və “İlin Media qurumu” nominasiyaları üzrə qaliblər təltif edilib.

Exit mobile version