AUT.AZ

Adilə cavab verdi: Başqa yerdə ağla

Argentina millisinin vingeri Anxel Di Maria fransalı müdafiəçi Adil Ramiyə cavab verib.

Aut.az xəbər verir ki, DÇ-2018-də Fransa millisinin heyətində dünya çempionu olmuş “Trua”nın müdafiəçisi Argentina yığmasının qapıçısı Martinesi “futbol dünyasının əsas əclafı” adlandırmış və əlavə etmişdi ki,  DÇ-2022-də “Qızıl əlcək” mükafatını Mərakeş millisinin qapıçısı Yasin Bunu almalı idi.

Di Maria sosial şəbəkədə Adilə belə cavab verib: “Dibu (Martinesin ləqəbi) dünyanın ən yaxşı qapıçısıdır. Başqa yerdə ağla”.

 

Exit mobile version