AUT.AZ

3 şərtini açıqladı

Mbappe PSJ-də qalmaq üçün 3 şərtini açıqlayıb.

Aut.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe klubda qalmaq üçün 3 şərt qoyub.

Birincisi, PSJ-nin braziliyalı hücumçu Neymarı satmasıdır. İkinci şərt “Tottenhem”in hücumçusu Harri Keynin Paris klubuna gətirilməsidir. Üçüncü şərt isə “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın PSJ-nin baş məşqçisi postuna dəvət etməkdir.

Qeyd edək ki, futbolçu ya gələn yay, ya da 2024-cü ildə klubu tərk edə bilər.

Exit mobile version