AUT.AZ

Əlişir Nüsrətə haqq qazandırdı

DÇ-2022-nin təşkilat komitəsinin əməkdaşı Əlişir Nikimbayev türk aşpaz Nüsrət Gökçenin final oyunundan sonra meydana çıxmasına münasibət bildirib.

Aut.az xəbər verir ki, “RB Sport”a danışan funksioner “Salt Bae” ləqəbli aşpazın hərəkətinə belə şərh verib:

“Bu, bir sevinc partlayışı idi. Obyektiv olaraq, belə bir vəziyyətdə kimisə, xüsusən də VİP zonadan meydana daxil olanları saxlamaq çətindir. Təbii ki, o, meydanda olmamalı və Dünya Kubokuna toxunmamalı idi. Ancaq yenə də belə hadisələr qaçılmazdır. Hadisə necəsə baş verib. Görünür, o, bunu çox istəyirdi. Argentinalıların özləri də meydanda çox uzun müddət bayram etdilər. Bunu proqnozlaşdırmaq da mümkün deyil. Məncə, onlar hətta təyyarəyə də gecikdilər”.

Qeyd edək ki, Nüsrət Gökçe Argentina və Fransa komandaları arasında baş tutan final matçından sonra meydana daxil olub. Əvvəlcə futbolçularla şəkil çəkdirib. Mükafatlandırma mərasimindən sonra isə Dünya kubokuna toxunub. Kənar şəxsin titula toxunması futbol dünyasında birmənalı qarşılanmayıb.

Exit mobile version