AUT.AZ

Suares Braziliya klubunda

Futbol üzrə Uruqvay millisinin hücumçusu Luis Suaresin yeni klubu müəyyənləşib.

Aut.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonra karyerasını Braziliyada davam etdirəcək.

O, “Qremio” ilə anlaşıb. Təcrübəli forvardın bi klubla iki illik müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki, uruqvaylı forvard son olaraq ölkəsində “Nasyonal”ın formasını geyinib. O, “Qroningen”, “Ayaks”, “Liverpul”, “Barselona” və “Atletiko” kimi klubların da uğurları üçün çalışıb.

Exit mobile version