AUT.AZ

Qardaşı ilə məşq etdi – Foto  

PSJ-nin gənclərdən ibarət komandalarının yarımmüdafiəçisi Etan Mbappe qardaşı Kilian Mbappe ilə birlikdə Paris klubunun əsas komandasına məşq edib.

Aut.az xəbər verir ki, 15 yaşlı Etan Mbappe 2017-ci ildə qardaşı ilə birlikdə PSJ-yə keçib. O, bu mövsüm UEFA Gənclər Liqasında 5 oyunda iki məhsuldar ötürmə edib.

Dekabrın 17-də “Paris”lə yoldaşlıq oyununda kiçik Mbappe fasilədən sonra Fabian Ruisi əvəzləyərək PSJ-nin əsas heyətində debüt edib.

24 yaşlı Kilian Mbappe bu mövsüm klubunda və Fransa millisində 32 oyuna çıxıb, 29 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

Exit mobile version