AUT.AZ

Mahir Emreli Türkiyə klubunda

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Dinamo”dən ayrılıb Türkiyə klubuna keçəcək. İddialara görə, transfer yanvarda reallaşacaq.

Aut.az xəbər verir ki, Zaqreb klubundakı durumundan məmnun olmayan Mahir “Antalyaspor”a yollanmaq niyyətindədir. Xorvatiya mətbuatı məhz bu variantın olduğunu iddia edir.

Bu baş versə, Emrelinin “Dinamo”da çıxışı cəmi 11 ay çəkəcək. O, bu ilin fevralında “Legiya”dan Zaqreb klubuna keçib.

25 yaşlı hücumçu bu mövsüm “Dinamo”nun heyətində cəmi 233 dəqiqə meydanda olub. O, liqada 3 dəfə fərqlənib. Ümumilikdə 11 ayda Mahir “Dinamo”da 20 oyun keçirib və 5 qol vurub. Emrelinin “Dinamo” ilə 2026-cı ilə qədər müqaviləsi var. Onun Türkiyə klubuna icarəyə veriləcəyi, yoxsa satılacağı bəlli deyil.

Exit mobile version