AUT.AZ

İlin son oyununu “Neftçi” qazandı

Azərbaycan Basketbol Liqasında 11-ci tura yekun vurulub.

Aut.Az xəbər verir ki, bu gün Şəki Olimpiya İdman Kompleksində 11-ci turun və ümumilikdə 2022-ci ilin sonuncu oyunu keçirilib. “Olimpik Şəki” komandası doğma azarkeşlər önündə paytaxt klubu “Neftçi” basketbolçularını qəbul edib.

Qarşılaşmada üstünlüyü ilk dövrədən ələ keçirən paytaxt basketbolçuları oyunun yekununda rəqibi üzərində 83:67 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Ceyson Brauer (24 xal, 7 ribaund), “Neftçi”dən “Davit Lomidze (18 xal, 5 ribaund) olublar.

Qeyd edək ki, 12-ci turun oyunları 2023-cü ilin 4, 7 və 8 yanvar tarixlərində baş tutacaq.

Exit mobile version