AUT.AZ

Antonella möhtəşəm rəqs etdi, Messi VİDEO yaydı

Lionel Messi və Antonella Rakutso futbolun, bəlkə də ən gözəl cütlüyüdür. Onların sevgi hekayəsi pərəstişkarları hər gün daha çox cəlb edir.

Leo heç vaxt həyat yoldaşına heyran olduğunu gizlətmir. Dünya çempionu sosial şəbəkələrdə Antonellanın Milad rəqsinin videosunu paylaşıb. Videonun başlığı çox qısadır: “❤️”

Pərəstişkarlarının böyük marağını cəlb edən videoya saysız-hesabsız şərhlər yazılıb. Aut.az şərhlərdən bir neçəsini təqdim edir:

“Əgər Messi Antonellaya sahibdirsə, Dünya Kuboku nəyinə  lazım idi? İnanılmaz!”

“Möhtəşəm qadındır! Düzünü desəm, bilmirəm, Messi onun olduğu üçün Antonellaya həsəd aparıram, yoxsa Antonellaya sahib olduğu üçün Messiyə”.

“Ümumiyyətlə, Messi ilə mənim ortaq cəhətlərimiz çoxdur! Məsələn, ikimiz də Antonellaya aşiqik”.

“Antonellanın rəqs etdiyi videoları yayımlayan Messi mənə həyatın mənasını anladır. Antonellanın gözəlliyi inanılmazdır”.

“Əgər sevgilim məni Leonun Antonellanı sevdiyi kimi sevmirsə, mənim ona niyə ehtiyacım olsun?”

Exit mobile version