AUT.AZ

Tarixi qərar: Kişilərlə qadınlar…

Bundan sonra ABŞ-da kişi və qadın idmançılar bərabər maaş alacaqlar.

Aut.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası beynəlxalq yarışlarda iştirak edən amerikalı qadınlara kişilərlə bərabər maaş və mükafat verilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Bu qanun layihəsi ABŞ-ın qadın futbol komandasının kişilərdən ibarət komanda ilə eyni maaş almaq üçün apardığı uzun mübarizə nəticəsində qəbul edilib. Kişi və qadın futbol komandaları may ayında bərabər maaşla bağlı razılığa gəliblər.

Bərabər Ödəniş Aktı, ABŞ-ı beynəlxalq yarışlarda təmsil edən bütün idmançıların, cinsindən asılı olmayaraq öz idman növündə bərabər maaş və mükafat alacağını nəzərdə tutur. Bu Akt 50-dən çox idman növünü əhatə edir. Nəzarəti isə ABŞ Olimpiya və Paralimpiya Komitələri həyata keçirəcək.

 

Exit mobile version