AUT.AZ

Sərt cəza – 10 klubun xalları silindi

Türkiyə Futbol Federasiyası (TFF) 10 klubu cəzalandırıb.

Aut.az xəbər verir ki, buna səbəb komandaların lisenziya öhdəliklərini vaxtında yerinə yetirməməsi olub. Qərara əsasən Super Liqadan “Kayserispor”un, I liqadan “Dənizlispor”, “Altay”, “Erzurumspor” və “Yeni Malatyaspor”un, II liqadan isə 5 komandanın aktivindən 3 xal silinib.

TFF cəzalandırdığı klublardan ən qısa vaxtda lisenziya öhdəliklərini tam olaraq yerinə yetirməyi tələb edib. Əks halda klublar nöbbəti dəfə analoji cəzaya məruz qalacaqlar.

Exit mobile version