AUT.AZ

Petisiya yaydılar – “Fransa, bəsdir ağladın”

Argentinalı fanatlar Fransa ilə bağlı petisiyaya  başlayıblar.

Aut.az xəbər verir ki, sosial şəbəkələrdə petisiya “Fransa, bəsdir ağladın” başlığı ilə yayılıb.

Hazırda petisiyanı 250 minə yaxın insan imzalayıb. Bu, yəqin ki, argentinalıların 2022-ci il dünya çempionatının finalının təkrar keçirilməsini tələb edən Fransanın petisiyasına cavabıdır.

Petisiya ilə bağlı yayılan açıqlamada deyilir:

“Dünya çempionatının finalında qələbəmizdən sonra fransızlar ağlayır, şikayətlənir, Argentinanın dünya çempionu olduğunu qəbul etmirlər.

Bu petisiya fransızların ağlamağı dayandırması, Messinin futbol tarixinin ən yaxşısı olduğunu və Mbappenin onun oğlu kimi qəbul edilməsi  üçündür.

 

Exit mobile version