AUT.AZ

Nağd pul ayrılmasının əleyhinə deyil

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın gələcəyi haqqında danışıb.

Aut.az xəbər verir ki, alman mütəxəssis klubun büdcəsi və ehtimal olunan gəlirlər bağlı sualı cavablandırarkən, “Liverpul”un işıqlı gələcəyinin olduğunu qeyd edib:

“Gəlin görək gələcək bizə nələr gətirəcək, amma əminəm ki, parlaq olacaq. Açığı, mən kluba nağd pul ayrılmasının əleyhinə deyiləm. Düşünürəm ki, bizi çox yaxşı şeylər gözləyir”.

“Liverpul” hazırda Premyer Liqada altıncı yerdədir. Kloppun yetirmələrinin 14 turdan sonra 22 xalı var. Daha əvvəl bildirilmişdi ki, komanda heyəti gücləndirmək üçün xeyli vəsait xərcləyə bilər.

 

Exit mobile version