AUT.AZ

Messinin libasına 1 milyon təklif etdi

Argentina millisinin kapitanı Lionel Messiyə DÇ-2022-nin mükafatlanma mərasimi zaman Qətər əmiri Təmin bin Həməd əs-Saninin hədiyyə etdiyi “Bişt” maraq yaratmaqda davam edir.

Aut.az xəbər verir ki, geyimi Omanın millət vəkili Ahmed Ar-Barvani almaq istəyir. O, bu “Bişt” üçün 1 milyon dollar təklif edib. Millət vəkili hazırda 35 yaşlı forvarddan cavab gözlədiyini bildirib.

Qeyd edək ki, Qətər kişilərinin geyindiyi və ərəb mədəniyyətini simvolizə edən bu geyim ən dəbdəbəli parçadan hazırlanır və yalnız mühüm bayramlarda nazirlər, eləcə də digər vəzifəli şəxlər tərəfindən geyinilir. Ərəb mədəniyyətinə görə, sözügedən libası geyinmək üçün bu şərəfə nail olmaq lazımdır.

Exit mobile version