AUT.AZ

Kuboku bədəninə həkk etdi – Foto

Argentina millisinin üzvü Anhel di Mariya maraqlı addım atıb.

Aut.az xəbər verir ki, o, DÇ-2022-nin qalibi olması şərəfinə döymə etdirib. Di Mariya sağ ayağına mundialın kubokunu döydürüb. 34 yaşlı yarımmüdafiəçi yeni döyməsinin fotolarını sosial şəbəkə hesablarında yayıb.

Qeyd edək ki, Argentina millisi həlledici görüşdə Fransa yığmasına qalib gəlib (3:3, penaltilər seriyası – 4:2. Di Maria oyunun əsas vaxtında qollardan birinin müəllifi olub. O, həmin görüşdə komandasına penalti də qazandırıb. Təcrübəli yarımmüdafəiçi mundial finallarında bu göstəriciyə imza atan ilk futbolçu kimi tarixə düşüb.

Heybət

Exit mobile version