AUT.AZ

İlin “şübhəli” rəmzi komandası  

Fransanın “L’Equipe” qəzeti 2022-ci ilin ən yaxşı futbolçularının simvolik komandasını təqdim edib.

Aut.az xəbər verir ki, komandanın heyətində “Qızıl top”un sahibi Kərim Benzema, DÇ-2022-nin ən yaxşı oyunçusu Lionel Messi və Qətərdə keçirilən turnirin bombardiri Kilian Mbappe yer alıb:

Qapıçı: Tibo Kurtua (Belçika, “Real”)

Müdafiəçilər: Kayl Uoker (İngiltərə, “Mançester Siti”), Vircil van Deyk (Hollandiya, “Liverpul”), Coşko Qvardiol (Xorvatiya, “Leypsiq”), Teo Hernandes (Fransa, “Milan”).

Yarımmüdafiəçilər: Luka Modriç (Xorvatiya, “Real”), Kazemiro (Braziliya, “Mançester Yunayted”), Kevin de Brüyne (Belçika, “Mançester Siti”).

Hücumçular: Lionel Messi (Argentina, PSJ), Kərim Benzema (Fransa, “Real”), Kilian Mbappe (Fransa, PSJ).

Belə çıxır ki, Fransa nəşri ilin rəmzi komandasını müəyyən edərkən əsas önəmi klub futbolundakı uğura verib. Belə olmasaydı, rəmzi komandada Argentina yığmasından daha çox futbolçu olardı, üstəlik, Mərakeş də orada təmsil olunardı. Ona görə də, bu seçimi “şübhəli” hesab etmək olar.

Aut.az

 

 

Exit mobile version