AUT.AZ

Əsəbiləşdi, “Barsa” ilə “Real”ın gəlirini açıqladı

La Liqanın rəhbəri Xavyer Tebas “Barselona”nın prezidenti Joan Laportanı tənqid edib.

Aut.az xəbər verir ki, Laporta daha əvvəl demişdi ki, La Liqa klubları televiziya hüquqlarından əldə olunan gəlir fərqinə görə Premyer Liqa ilə rəqabət apara bilmir.

Tebas “Tvitter”də belə yazıb:

“Hörmətli Laporta, mən sizə televiziya hüquqlarından əldə edilən gəlirlərin bölgüsünə dair məlumatları təqdim edirəm. Premyer Liqa klubları ilə müqayisədə kifayət qədər rəqabətlisən. Şikayət etməzdən əvvəl məsələni araşdırmaq lazımdır”.

Tebasın təqdim etdiyi siyahıda “Barselona” Avropa klubları arasında teleyayımdan əldə etdiyi gəlirlərə görə səkkizinci yerdədir (160,1 milyon avro). Yeddinci yerdə “Real” (160,8 milyon avro) qərarlaşıb. Siyahıda altıncı olan “Mançester Yunayted” 164,2 milyon avro qazanıb.

Birinci yerdə “Barsa” və “Real”dan cəmi 16 milyon avro daha çox gəlir əldə edən “Mançester Siti”dir (176 milyon avro).

 

Exit mobile version