AUT.AZ

Yenə boşanırlar – Ağlasığmaz tələb

“Qalatasaray”ın futbolçusu Mauro İkardi ilə həyat yoldaşı Vanda Nara yenidən gündəmə gəlib.

Aut.az xəbər verir ki, cütlük boşanmaq ərəfəsindədir. Son vaxtlar dəfələrlə ayrılıb, sonradan barışan cütlüyün münasibətlərində yenidən gərginlik yaranıb. Bu dəfə vəziyyət ciddidir.

Vanda boşanmaq haqda düşünür. Bu halda onun futbolçudan tələbləri olacaq. Xanım menecer 90 milyon avro və əmlak tələb edir. Vanda ortaq aktivlərinin və İkardinin karyerasının sonunadək qazanacağı maaşın yarısını da almaq istəyir.

Qeyd edək ki, müqavilə ilə PSJ-yə məxsus olan argentinalı forvard icarə əsasında “Qalatasaray”da çıxış edir.

 

Exit mobile version