AUT.AZ

Vidalaşdı

“Özünü sevimli saymaq və sevmək fərqli hissdir. Belə duyğular heç vaxt unudulmur”. 

Aut.Az xəbər verir ki, bunu “Atletiko Madrid”dən ayrılmağa hazırlaşan Mateus Kunya sosial şəbəkə hesabında yazıb.

 

Braziliyalı hücumçu paytaxt təmsilçisi ilə vidalaşıb:

“Atletiko”lular, hər birinizə ürəkdən təşəkkür edirəm. Elə azarkeşləriniz var ki, dünyanın o biri başında da sizin üçün əsl ev ab-havası yaratmağa qadirdilər. Bu, futboldur. Bəzən qərarlarla hesablaşmaq lazım gəlir. “Atletiko” hər zaman ürəyimdə qalacaq! Mənə hər şey verdiyiniz üçün minnətdaram”.

Qeyd edək ki, Kunyanın İngiltərənin “Vulverhempton” klubuna keçəcəyi barədə informasiyalar yayılıb.

Exit mobile version