AUT.AZ

UEFA Rusiyada turnir keçirəcək

UEFA 2023-cü ilin may ayında Volqoqradda gənclərdən ibarət milli komandalar arasında Beynəlxalq İnkişaf Turniri keçirməyi planlaşdırır.

Aut.Az xəbər verir ki, bu haqda RFU-dan RBC-Sport-a bildiriblər.

 

UEFA ilə turnirin keçirilməsi ilə bağlı razılaşma bir neçə ay əvvəl əldə olunub. Yarışların UEFA-nın 16 yaşadək oğlanlar və qızlar arasında inkişaf turnirlərinin proqramına daxil edildiyi bildirilir.

RFU-dan onu da vurğulayıblar ki, sanksiyalar fonunda yumşalma yalnız gənclərə münasibətdə gözlənilir. Əsas komandaya və klublara qarşı sanksiyalar hələlik dəyişməz qalacaq.

Exit mobile version