AUT.AZ

Türkiyəyə qayıtdı

“Portimonense”də çıxış edən türkiyəli qapıçı Berke Özer yenidən ölkəyə qayıdıb.

Aut.az xəbər verir ki, 22 yaşlı “əlcək sahibi” “Eyüpspor”a transfer olub. Bu barədə I Liqa təmsilçisinin prezidenti Murat Özkaya məlumat verib. O, gənc qolkiperlə imzalanan müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, “Fənərbaxça” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusunda olan Berke Özer mövsümün əvvəlində “Portimonense” 4 illik müqavilə imzalamışdı. O, Portuqaliya klubunun heyətində cəmi 2 matçda meydana çıxıb.

Exit mobile version