Aut.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçında “Qəbələ” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39.).
Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”– “Zirə” matçında “Neftçi” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39.).
Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”– “Zirə” matçında “Zirə” komandasının 19 nömrəli oyunçusu Təmkin Xəlilzadə oyunun 120+1-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).
Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”– “Zirə” oyununda “Zirə” komandasının 21 nömrəli oyunçusu Hacıağa Hacılı oyunun 120+2-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2)
Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” komandasının 1 nömrəli oyunçusu Tərlan Əhmədli oyundan sonra ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).
Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə “Turan Tovuz” klubu 4000 manat cərimə edilsin ( maddə 41.7.).
Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” matçında meydançaya kənar əşyaların atılmasına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilsin ( maddə 51.1.).
Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” matçında kənar şəxslərin meydançaya daxil olmasına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilsin ( maddə 49.2.).
Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” matçında pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 800 manat cərimə edilsin ( maddə 51.2.).
Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” matçında “Kəpəz” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə “Kəpəz” klubu 4000 manat cərimə edilsin ( maddə 41.7.).
Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” matçında “Kəpəz” komandasının 9 nömrəli oyunçusu Mate Kvrikvia oyundan sonra ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).
Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” matçında “Kəpəz” klubunun azarkeşləri tərəfindən stadiona dəymiş ziyan (oturacaqların sındırılması) “Kəpəz” klubu tərəfindən tam ödənilsin (maddə 49.4.).