AUT.AZ

Rusiyanın ərizəsinə baxılır – Avropadan çıxır

Rusiya Futbol İttifaqının (RFİ) UEFA-dakı üzvlüyü ləğv edilə bilər.

Aut.az xəbər verir ki, məsələ qurumun İcraiyyə Komitəsinin bu gün keçiriləcək iclasında müzakirə ediləcək. UEFA rəhbərliyi RFİ-nin bu təşkilatdan çıxaraq Asiya Konfederasiyasına keçid etməsinin əleyhinədir.

Qurum mövcud vəziyyətə rəğmən, Rusiya futbolunu itirməkdə maraqlı deyil. Avropanın ali futbol qurumu düşünür ki, geosiyasi vəziyyət yumşalan kimi bu ölkəylə bağlı qərarları ləğv etmək olar.

Qeyd edək ki, Rusiya Futbol İttifaqı UEFA-ya müraicət edərək üzvlükdən çıxmaq istədiyini bildirib.

Exit mobile version