AUT.AZ

Rumıniyadan Sumqayıta

“Sumqayıt” heyətinə daha bir yeni futbolçu cəlb edib.

Aut.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Klub son olaraq Rumıniya “Botoşani”sində çıxış etmiş liberiyalı vinger Terrens Tisdellə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Terrens Tisdel karyerası ərzində “Hapoel” (Petah Tikva, İsrail), “Kocaelispor” (Türkiyə), “Botoşani”də (Rumıniya) oynayıb. 2019-cu ildən dəvət aldığı Liberiya millisinin heyətində 13 oyun keçirən Tisdel 1 qol vurub.

Exit mobile version