AUT.AZ

Niyə tez qayıdıb?

DÇ-2022-də Fransa millisi ilə gümüş medal qazanan Kilian Mbappenin komandanın düşərgəsinə erkən qoşulmasının səbəbi məlum olub.

Aut.az xəbər verir ki, klub rəhbərliyi mundialın gümüş mükafatçısına 10 gün istirahət etmək imkanı yaratsa da, o, bundan imtina edərək dünən Parisə qayıdıb. Bu barədə “Get French Football News” məlumat yayıb.

Bildirilir ki, turnirdən sonra cəmi 3 gün istirahət edən Mbappe artıq Paris təmsilçisi ilə məşqlərə başlayıb. O, məşqlərə ara verərək formasını itrmək istəməyib.

Qeyd edək ki, Fransa mundialın finalında Argentinaya uduzaraq (3:3, penaltilərlə – 2:4) gümüş medallara sahib çıxıb.

Exit mobile version