AUT.AZ

Messi PSJ ilə bağlı qərarını verdi

Mövsümün sonunda formasını geyindiyi PSJ ilə müqaviləsinin müddəti başa çatmalı olan Lionel Messi karyerası ilə bağlı son qərarı verib.

Aut.az xəbər verir ki, 35 yaşlı ulduz futbolçu Paris təmsilçisindən ayrılmayacaq. Bu barədə Fransanın aparıcı nəşrləri məlumat yayıb. Bildirilir ki, Liqa1 klubunun prezidenti Nasser el-Xelaifi Messinin atası ilə görüşqüb. Tərəflər arasında yeni 1 illik sözləşmənin imzalanması ilə bağlı şifahi razılıq əldə olunub.

Eyni zamanda vurğulanıb ki, karyerası ərzində bütün mümkün titulları qazanan Leo “Barselona”dan sonra PSJ ilə də UEFA Çempionlar Liqasının qalibi olmaq istəyir.

Qeyd edək ki, Messinin PSJ ilə hazırkı müqaviləsinin müddəti 2023-cü ilin iyun ayına qədərdir. Yanvarın 1-ə qədər yeni müqavilə imzalanmasa, istənilən klub argentinalı forvardla danışıqlar apara bilər.

Exit mobile version