AUT.AZ

Meksika millisinin qapıçısı İtaliya klubunda – Rəsmi

Meksika yığmasının qapıçısı Gilyermo Oçoa karyerasını İtaliyada davam etdirəcək.

Aut.Az xəbər verir ki, 37 yaşlı qolkiper “Salernitana” ilə müqavilə imzalayıb.

 

Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Oçoa “Salernitana”ya azad agent kimi keçib. Onunla 2023-cü ilin yayına qədər müddətə müqavilə imzalanıb.

Gilyermo Oçoa Meksika millisinin heyətində 135 oyun keçirib.

“Salernitana” İtaliya A Seriyasında 15 turdan sonra 12-ci yerdə qərarlaşıb.

Exit mobile version