AUT.AZ

Məzuniyyətdən imtina etdi

Fransa millisinin hücumçusu Kilan Mbappe DÇ-2022-dən sonra 10 günlük məzuniyyətdən imtina edib.

Aut.Az xəbər verir ki, informasiyanı “Get French Football News” yayıb.

 

Xəbərə görə, 8 qolla mundialın bombardiri olan hücumçu 3 gün sonra PSJ-nin düşərgəsinə qayıdıb. O, Paris təmsilçisinin baş məşqçisinə özünü psixoloji və fiziki cəhətdən əla hiss etdiyini və məşqlərə ara verməyi planlaşdırmadığını deyərək çalışmalara qoşulub.

Xatırladaq ki, Fransa mundialın finalında Argentinaya uduzaraq (3:3, penaltilərlə – 2:4) gümüş medallara sahib çıxıb.

Exit mobile version